Apa.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 12 953* kVt/saat elektrik enerjisi istehsal olunub, bu da illik müqayisədə 2,2% artım deməkdir.
Bu barədə “APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, hesabat dövründə ölkədə istehsal olunan elektrik enerjisinin 12 507,6 kVt-saatı əmtəəlik məhsulun payına düşüb (2,1% artım).
Ölkədə istehsal olunan elektrik enerjisinin ən böyük payı – 10 383,9 kVt/saat istilik elektrik stansiyalarının üzərinə düşüb ki, bu da 2024-cü ilin yanvar-iyun göstəricisindən 0,5% azdır.
Qeyd etmək lazımdır ki, cari birinci yarısında ərzində Azərbaycanda istehsal olunan elektrik enerjisinin qalan hissəsi su elektrik stansiyalarından, eləcə də digər alternativ və bərpa olunan enerji mənbələrindən əldə edilib.
Azərbaycanda elektrik enerjisinin istehsalı:
Elektrik enerjisi, mln. kVt.s
2025-ci ilin yanvar- may aylarında istehsal edilib
Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə
Ümumi istehsal
12 953*
102,2
ondan əmtəəlik
12 507,6
102,1
istilik elektrik stansiyalarının istehsalı
10 383,9
99,5
ondan:
tullantıların yandırılmasından alınan elektrik enerjisi
118
99,8
su elektrik stansiyalarının
istehsalı
1 843,4
117,9
külək elektrik stansiyalarının istehsalı
21,8
72,9
günəş elektrik stansiyalarının
istehsalı
258,5
119,3
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.