EN

Avropa İttifaqı və ASEAN arasında qarşılıqlı fəaliyyət planı güclənir

BAKI, TurkicWorld

ASEAN və Avropa İttifaqı strateji tərəfdaşlığı dərinləşdirir

TurkicWorld xəbər verir ki, Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) ilə Avropa İttifaqı (Aİ) arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi istiqamətində Kuala-Lumpurda yüksək səviyyəli görüş keçirilib.

Görüşdə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas və ASEAN-ın baş katibi Kao Kim Hourn başda olmaqla tərəflərin yüksək vəzifəli rəsmiləri iştirak ediblər. Tərəflər 2023–2027-ci illəri əhatə edən “ASEAN-Aİ Fəaliyyət Planı” çərçivəsində əldə edilən irəliləyişləri müzakirə ediblər.

Görüş zamanı regional və beynəlxalq əməkdaşlığın əhəmiyyəti vurğulanaraq, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. İki blok arasında siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın daha da gücləndirilməsi əsas prioritet kimi qeyd olunub.

Qeyd edək ki, 1967-ci ildə yaradılan ASEAN hal-hazırda 10 ölkəni – Vyetnam, Tayland, Sinqapur, Filippin, Myanma, Malayziya, Laos, İndoneziya, Kamboca və Bruneyi birləşdirir. Təşkilat regional əməkdaşlıq və iqtisadi diplomatiyanı inkişaf etdirmək məqsədi daşıyır və 650 milyondan çox əhalisi olan bir bazarı təmsil edir. ÜDM-i 3 trilyon dolları aşır.

Chosen
37
10
turkic.world

10Sources