AZ

ASEAN ölkələri Ukraynada dərhal atəşkəsə çağırıb

Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasına (ASEAN) üzv dövlətlər Ukraynada hərbi əməliyyatları dərhal dayandırmağa çağırıblar. 

Bakıvaxtı.az "DHA"ya istinadən xəbər verir ki, bu barədə ASEAN ölkələrinin xarici işlər orqanları rəhbərlərinin 58-ci iclasının yekunları üzrə dərc olunmuş bəyanatda qeyd olunub.

"Biz münaqişənin sülh yolu ilə həlli üçün hərbi əməliyyatların dərhal dayandırılmasının və səmimi dialoqun ciddi şəkildə aparılmasının vacibliyini vurğuladıq", - bəyanatda vurğulanıb.

ASEAN ölkələri, həmçinin ehtiyacı olanlara humanitar yardımın sürətli, təhlükəsiz və maneəsiz çatdırılmasına, habelə mülki şəxslərin, humanitar personalın və həssas qrupların müdafiəsinə çağırıb.

Qeyd edək ki, ASEAN 1967-ci ildə yaradılıb və bu gün Cənub-Şərqi Asiyanın on ölkəsini birləşdirir: Bruney, Vyetnam, İndoneziya, Kamboca, Laos, Malayziya, Myanma, Sinqapur, Tayland və Filippin. 2025-ci ilin əvvəlindən ASEAN-a sədrlik Laosdan Malayziyaya keçəcək.

Gülşən Şərif

Seçilən
28
10
bakivaxti.az

10Mənbələr