“Castle Door” MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidentliyi statusu verilib.
Yeni rezident Parkın 1 hektar ərazisində dəmir qapı istehsalı müəssisəsi yaradacaq.
Layihənin investisiya dəyəri 2,2 milyon manatdır.
Türkiyənin qabaqcıl texnologiyalarından istifadə ediləcək müəssisənin illik istehsal gücünün 9 min ədəd qapı olması planlaşdırılır.