AZ

Ağdam Sənaye Parkında yeni şirkət - Dəmir qapı istehsal edəcək

Castle Door” MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidentliyi statusu verilib.

FED.az xəbər verir ki, yeni rezident tərəfindən Sənaye Parkının 1 hektar ərazisində dəmir qapı istehsalı müəssisəsi yaradılacaq. Layihənin investisiya dəyəri 2,2 milyon manatdır.

Türkiyənin qabaqcıl texnologiyalarından istifadə ediləcək müəssisənin illik istehsal gücünün 9 min ədəd qapı olması planlaşdırılır.

Qeyd edək ki, yeni rezidentin qeydiyyata alınması ilə Ağdam Sənaye Parkının rezidentlərinin sayı 30-a çatıb. Sahibkarların bura artan marağının göstəricisidir ki Ağdam Sənaye Parkı ölkədəki sənaye parkları arasında rezident sayına görə Sumqayıt Kimya Sənaye Parkından sonra ikinci yerdədir. 

Seçilən
0
11
fed.az

10Mənbələr