Bakı. Trend:
Hədəf 2028-ci ilədək “Sənaye 4.0 Hazırlıq Proqramı”ndan daha çoxmüəssisənin faydalanmasını təmin etməkdir.
Trend xəbərverir ki, bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıdakeçirilən “Sənaye 4.0 Forumu - Gələcəyin sənayesi: Texnologiya vəinsan gücü” adlı tədbirdə deyib.
Onun sözlərinə görə, ötən il 4SİM tərəfindən “Sənaye 4.0Hazırlıq Proqramı” bir neçə özəl şirkətdə pilot mərhələdə tətbiqedilib:
"Proqramın başlıca məqsədi dövlət dəstəyi ilə qabaqcıltexnologiyaların tətbiqini stimullaşdırmaq və nəticədə bizneslərinsəmərəliliyini və rəqabət qabiliyyətini artırmaqdır. Bu ilproqramın əhatə dairəsinin genişləndirilməsi və iştirakçımüəssisələrin sayının artırılması nəzərdə tutulur.
Hədəf 2028-ci ilədək bu imkanlardan daha çox müəssisəninfaydalanmasını təmin etməkdir. Forumda iştirak edən sənaye vəistehsalat yönümlü müəssisələri “industry4.az” rəsmi internetsəhifəsi vasitəsilə proqramla daha yaxından tanış olmağa vəqeydiyyat üçün müraciət etməyə dəvət edirəm".