AZ

2028-ci ilədək “Sənaye 4.0 Hazırlıq Proqramı”ndan daha çox müəssisənin faydalanmasını təmin etmək istəyirik - Nazir

Bakı. Trend:

Hədəf 2028-ci ilədək “Sənaye 4.0 Hazırlıq Proqramı”ndan daha çoxmüəssisənin faydalanmasını təmin etməkdir.

Trend xəbərverir ki, bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıdakeçirilən “Sənaye 4.0 Forumu - Gələcəyin sənayesi: Texnologiya vəinsan gücü” adlı tədbirdə deyib.

Onun sözlərinə görə, ötən il 4SİM tərəfindən “Sənaye 4.0Hazırlıq Proqramı” bir neçə özəl şirkətdə pilot mərhələdə tətbiqedilib:

"Proqramın başlıca məqsədi dövlət dəstəyi ilə qabaqcıltexnologiyaların tətbiqini stimullaşdırmaq və nəticədə bizneslərinsəmərəliliyini və rəqabət qabiliyyətini artırmaqdır. Bu ilproqramın əhatə dairəsinin genişləndirilməsi və iştirakçımüəssisələrin sayının artırılması nəzərdə tutulur.

Hədəf 2028-ci ilədək bu imkanlardan daha çox müəssisəninfaydalanmasını təmin etməkdir. Forumda iştirak edən sənaye vəistehsalat yönümlü müəssisələri “industry4.az” rəsmi internetsəhifəsi vasitəsilə proqramla daha yaxından tanış olmağa vəqeydiyyat üçün müraciət etməyə dəvət edirəm".

Seçilən
34
az.trend.az

1Mənbələr