EN

Sabah Azərbaycanda havanın temperaturu 39 dərəcəyədək yüksələcək

Milli Hidrometeorologiya Xidməti iyulun 12-nə gözlənilən hava şəraiti barədə məlumat açıqlayıb.

Xidmətdən AZƏRTAC-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın yağmursuz olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.

Havanın temperaturu gecə 21-25, gündüz 33-38 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 millimetr civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 35-39, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacaq.

Chosen
14
11
azerbaijan-news.az

10Sources