AZ

Sabah havanın temperaturu 40 dərəcəyədək artacaq

İyulun 12-də Bakıda və Abşeron yarımadasında havanın yağmursuz olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

 

Milli Hidrometeorologiya Xidmətindən Senzor.az-a verilən məlumata görə, havanın temperaturu gecə 21-25°, gündüz 33-38° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət gecə 60-70 %, gündüz 35-40 % təşkil olacaq.

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 20-25°, gündüz 35-39°, dağlarda isə gecə 10-15°, gündüz 20-25° isti olacaq.

Seçilən
4
49
senzor.az

10Mənbələr