EN

PKK tərksilah olunmağa başlayıb

PKK terror təşkilatının bir qrupu İraqın Süleymaniyyə bölgəsində tərksilah olmağa başlayıb.

Silah təhvilvermə prosesi Türkiyə tərəfinin iştirakı və nəzarəti ilə baş tutur.

Qeyd edək ki, iki gün əvvəl PKK terror təşkilatının həbsdəki lideri Abdullah Öcalan növbəti dəfə tərəfdarlarına “silahı yerə qoyun” çağırışı edib.

Öcalan qeyd edib ki, Kürdüstan Fəhlə Partiyası (PKK) milli dövlət yaratmaq məqsədindən əl çəkərək, əsas hərbi strategiyasından da imtina edib və mövcudluğunu bitirib.

 

AzPost.az

Chosen
9
1
azpost.info

10Sources