AZ

PKK-çıların tərksilah olmasının görüntüləri yayılıb

PKK terror təşkilatının bir qrupunun İraqın Süleymaniyyə bölgəsində tərksilah olması prosesi başa çatıb.

Xezerxeber.az Türkiyə mediasına istinadən xəbər verir ki, prosesə şahidlik edən nümayəndə heyəti bölgəni tərk edib.

Qeyd edilib ki, 4-ü komandir olmaqla 30 PKK terrorçusu tərksilah prosesi çərçivəsində silahlarını yandırıb.

Silahı yerə qoyan PKK-lı qrup bəyanat yayaraq bildirib ki, hüquqi yollarla mübarizəni davam etdirmək üçün öz iradələri ilə silahlarını məhv ediblər.

12:21

“Terrorsuz Türkiyə” quruculuğu prosesi çərçivəsində keçmiş PKK terror təşkilatı bu gündən silahları təhvil verməyə başlayıb.

Xezerxeber.az xəbər verir, bu barədə "CNN Türk" məlumat yayıb.

Məlumata görə, silahlar İraqın Süleymaniyə şəhərinin Raperin bölgəsində təhvil verilib.

Seçilən
16
5
xezerxeber.az

10Mənbələr