Təlim-məşq toplanışını Türkiyənin Ərzurum şəhərində davam etdirən “Araz-Naxçıvan” bu gün növbəti yoxlama matçına çıxacaq.
Arena.az xəbər verir ki, Elmar Baxşıyevin çalışdırdığı komanda Türkiyə Super Liqasında mübarizə aparan “Alanyaspor”la üz-üzə gələcək.
Qarşılaşmaya saat 17:00-da start veriləcək.
Xatırladaq ki, “Araz-Naxçıvan” Türkiyə toplanışı çərçivəsində daha əvvəl “Bayburtspor”la yoxlama matçı keçirib və 14:0 hesabı ilə qələbə qazanıb. Naxçıvan təmsilçisi iyulun 17-də “Trabzonspor”la da qarşılaşacaq.
Elmar Baxşıyevin komandası yeni mövsümdə Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edəcək. Naxçıvan klubu bu turnirin 2-ci təsnifat mərhələsində “Aris”lə (Yunanıstan) üz-üzə gələcək. Komandalar arasında ilk görüş iyulun 24-də Bakıda, cavab matçı isə 31-də Salonikidə baş tutacaq.