EN

Azərbaycanda pambıq istehsalçılarına məhsulun qəbulu haqqında verilən qəbz elektronlaşdırılır

Bakı. Trend:

Azərbaycanda pambıq istehsalçılarına məhsulun qəbulu haqqındaverilən qəbz elektronlaşdırılır.

Trend xəbərverir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Pambıqçılıqhaqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklikdə əksinitapıb.

Sənədlə pambıq məhsulunun təhvil verilməsinin (alınmasının)təsdiq prosesi elektronlaşdırılır, "pambıq qəbulu sənədi" ləğvedilir.

Qanunla pambığın alqı-satqısının sənədləşdirilməsi qaydası VergiMəcəlləsinin 71-1 (elektron qaimə-fakturaları) və 71-2-ci (mallarınalış aktı) maddələrinin tələblərinə uyğunlaşdırılıb. Belə ki,pambığın alqı-satqısı üçün xüsusi olaraq nəzərdə tutulan "pambıqqəbulu sənədi"nin ləğvi və bu malın satışının elektronqaimə-fakturaları və ya malların alış aktları ilə sənədləşdirilməsinəzərdə tutulur.

Pambıq qəbulu qəbzi - üzərinə Maliyyə Nazirliyindən alınanxüsusi seriyaların həkk edildiyi ciddi hesabat blankı, pambığınalqı-satqısı ilə əlaqədar satıcı və alıcı arasında hesablaşmanınaparılması üçün əsas sənəddir. Pambığın alqı-satqısı tərəflərinrazılığı ilə tərtib edilən müqaviləyə əsasən həyata keçirilir vəMaliyyə Nazirliyi tərəfindən müvafiq qaydada təsdiq olunan forma vərekvizitlərə uyğun ciddi hesabat blankı olan kağız daşıyıcılardapambıq qəbulu qəbzi ilə sənədləşdirilir.

Həmçinin, məhsul subsidiyası ilə bağlı hər il fermerlər MaliyyəNazirliyinin təsdiq etdiyi reqlamentlərlə müəyyən edilənmüddətlərdə elektron bəyannaməni (müraciəti) və məhsuluntədarükçüyə təhvil verilməsi barədə sənədləri (məhsulun qəbulqəbzlərini və (və ya) elektron qaimə-fakturaları və ya mallarınalış aktlarını), tədarükçülər isə təhvil aldıqları kənd təsərrüfatıməhsulunun növü və miqdarı barədə məlumatları SİS-ə daxiletməlidirlər.

Subsidiyaların verilməsi prosesi zamanı digər kənd təsərrüfatıməhsullarında (buğda, şəkər çuğunduru və s.) məhsulun təhvilverilməsi elektron sənədlərlə (elektron qaimə-faktura və yaelektron alış aktı) təsdiqlənir. Yalnız pambıq üzrə bu günədəkqəbul qəbzi kağız şəklində istifadə olunur ki, bu da "Elektron kəndtəsərrüfatı informasiya sistemi"ndə (EKTİS) ikili yanaşma vəstatistik uyğunsuzluq yaradır. Həmçinin kağız sənədlər EKTİS iləDövlət Vergi Xİdmətinin Avtomatlaşdırılmış Vergi İnformasiyaSisteminə (AVİS) inteqrasiya olunmur, bu da məlumat axınındagecikmələr və uyğunsuzluq yaradır. Bununla yanaşı, kağız sənədlərləaparılan əməliyyatlar üzrə real vaxtda izləmə və yoxlama imkanıyoxdur, bu isə büdcə vəsaitlərinin nəzarətsiz xərclənməsi riskiniartırır.

Pambıq məhsulunun qəbul qəbzinin kağız daşıyıcılarda tərtibolunması həm prosesin elektronlaşmasına və asanlaşmasına mane olur,belə ki, vətəndaşlar qəbzi skan edərək EKTİS-ə daxil etməyə məcburqalırlar.

Vergi Məcəlləsinə əsasən, malların təhvil verilməsi (təhvilalınması) elektron qaimə-faktura və malların alış aktı ilə təsdiqedilir. Həmin sənədlər Dövlət Vergi Xidmətinin İnternet Vergiİdarəsinin portalında yaradılan "elektron qaimə-faktura" və ya"elektron alış aktı" altsistemində elektron qaydada hazırlanır vətəsdiqlənir.

Elektron qaimə-fakturanın və elektron alış aktının uçotu hər birvergi ödəyicisi üzrə AVİS vasitəsilə həyata keçirilir. Elektronqaimə-fakturanın və elektron alış aktının seriya və nömrəsi AVİSvasitəsilə verilir və müvafiq olaraq eyni seriyada və eyni nömrədətəkrarlanmasına yol verilmir. AVİS-dən inteqrasiya edilənməlumatlar əsasında vətəndaşlardan əlavə sənəd tələb edilmədənməhsul subsidiyası hesablana bilər.

Chosen
41
14
az.trend.az

10Sources