AZ

"Rabitəbank" ASC AÇIQ TENDER ELAN EDİR

"Rabitəbank" ASC açıq tender elan edir.

Finss.az şirkətin tender üzrə tələb və şərtlərini təqdim edir:

Tenderin adı: “Xankəndi filialının təmiri ilə bağlı tender”   

Tenderin elan tarixi: 08.07.2025

Tenderin son tarixi: 22.07.2025, saat 13:00.

Tenderin qalibi aşağıdakı meyarlar üzrə müəyyənləşəcək:

  • İştirakçı şirkətin bu sahədə təcrübəsi (ixtisas uyğunluğu) və xidmət göstərdiyi şirkətlər bazasının təqdim edilməsi (referanslar)
  • İşin icra müddəti qeyd edilməsi mütləqdir
  • Tikinti işləri ilə əlaqədar lisenziyanın olması
  • Zəmanət müddəti və texniki dəstək şərtlərinin uyğunluğu
  • Tələblərə uyğun olan ən aşağı qiymətin verilməsi
  • Qiymət vergi daxil göstərilməlidir (ƏDV və ya sadələşdirilmiş vergi olmasından asılı olmayaraq)
  • İştirakçının dövlət qeydiyyatından keçmiş və vergi ödəyicisi olması
  • Materialların və avadanlıqların markasının, modelinin, istehsalçı ölkəsinin təklifdə qeyd olunması
  • İcra müddətinin təklifdə göstərilməsi mütləqdir.

Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər:

  • Tender təklifini təqdim edən şirkətin aidiyyəti sahə üzrə portfeli
  • Hüquqi sənədlər (Nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri
  • Məxfilik müqaviləsi (Tenderdə iştirakını təsdiq edən şirkətlərə e-mail vasitəsilə göndəriləcək)
  • Tender təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd
  • Şirkətin son 1 ildəki rəsmi maliyyə hesabatı
  • Şirkətin son 1 ildəki vergi borcunun  olmaması haqqında rəsmi arayış

Tender təklifləri Azərbaycan dilində tərtib olunmalıdır. Təkliflər imzalanmış və möhürlənmiş  halda qapalı zərfdə yuxarıda qeyd edilən müddətədək Bakı şəh., AZ 1014, Füzuli küç.71 ünvanına göndərilməlidir.

Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər [email protected] elektron ünvanına və ya (+99451) 271 48 48 nömrəsinə müraciət edə bilərlər.

Seçilən
8
1
fins.az

10Mənbələr