EN

Son 6 ayda əsas kapitala 8 milyard manatdan çox vəsait yönəldilib  

2025-ci ilin yanvar-iyun aylarında əsas kapitala 8 milyard 73,5 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,5 faiz az investisiya yönəldilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 23,8 faiz azalıb, qeyri neft-qaz sektoruna yönəldilmiş vestisiyaların həcmi isə 13,5 faiz artıb.

İstifadə olunmuş investisiyanın 4 milyard 67,9 milyon manatı və ya 50,4 faizi məhsul istehsalı sahələrinə, 2 milyard 672 milyon manatı (33,1 faizi) xidmət sahələrinə, 1 milyard 333,6 milyon manatı (16,5 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilmiş investisiyaların 6 milyard 70 milyon manatını və ya 75,2 faizini daxili investisiyalar təşkil edib. Əsas kapitala yönəldilmiş investisiyaların 6 milyard 314,3 milyon manatı və ya 78,2 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.

Chosen
3
10
azerbaijan-news.az

10Sources