EN

"Bitcoin"in qiyməti yenidən REKORD QIRDI

Bitkoinin qiyməti artaraq 3,5% artaraq tarixdə ilk dəfə 113 min dollar həddini keçib.

Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" ticarət məlumatlarına istinadla məlumat yayıb.

Ən böyük kriptovalyuta birjası "Binance"nin Bakı vaxtı ilə saat 21:10-a olan məlumatına görə, "Bitcoin" bir gündə 3,49% artaraq 113 231,01 dollara çatıb.

20-dən çox birjanın məlumatları əsasında orta çəkili qiymət hesablayan "CoinMarketCap"ın məlumatına görə, "Bitcoin"in qiyməti orta hesabla 3,57% artaraq 113 351,27 dollara çatıb. Məlumatlar həmçinin son 24 saat ərzindəki dinamikanı əks etdirir.

Chosen
35
12
publika.az

10Sources