Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.
ABŞ dövlət katibi Marko Rubio cümə axşamı Kuala Lumpurda Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) tədbirləri çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqlar aparacağını gözləyir.
Bizimyol.info xəbər verir ki, bu, Rubionun ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı iyulun 10-na olan cədvəlində qeyd edilib.
Sənəddə qeyd olunduğu kimi, ABŞ dövlət katibinin Rusiya XİN rəhbəri ilə görüşü yerli vaxtla saat 18:00-a (14:00) nəzərdə tutulub.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova daha əvvəl bildirmişdi ki, Lavrov iyulun 10-11-də Rusiya-ASEAN, Şərqi Asiya Sammiti (EAS) və ASEAN Regional Təhlükəsizlik Forumu formatlarında ASEAN xarici işlər orqanları rəhbərlərinin görüşlərində iştirak edəcək. Lavrov həmçinin ASEAN tədbirləri çərçivəsində asiyalı həmkarları ilə bir sıra görüşlər keçirəcək.
Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası 1967-ci ildə yaradılıb. Hazırda o, 10 Cənub-Şərqi Asiya ölkəsini birləşdirir: Bruney, Vyetnam, İndoneziya, Kamboca, Laos, Malayziya, Myanma, Sinqapur, Tayland və Filippin ASEAN-ın üzv dövlətləridir.
2025-ci ildə ASEAN sədrliyinin səlahiyyətləri rotasiya əsasında 1 il müddətinə Malayziyaya keçib.
Qadir, Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.