EN

Qəzzada İsrail hərbçisi öldürüldü

BAKI, 10 iyul. TELEQRAF

İsrail Müdafiə Qüvvələri (SAXAL) Qəzza zolağında radikal HƏMAS hərəkatının bölmələrinə qarşı döyüş əməliyyatları zamanı hərbçisinin ölümünü təsdiqləyib.

Teleqraf xəbər verir ki, bu barədə SAXAL-ın mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, mühəndis bölməsindən olan 25 yaşlı baş çavuş Abraham Azulay Qəzzanın cənub hissəsində döyüş əməliyyatları zamanı ölüb. Bununla da, Yaxın Şərq münaqişəsinin yeni mərhələsi zamanı öldürülən İsrail hərbçilərinin sayı 889-a çatıb.

Chosen
115
7
teleqraf.com

9Sources