AZ

Çin Ukraynada casuslarının həbsinə reaksiya verdi

BAKI. 12 iyul. TELEQRAF

Çin Xarici İşlər Nazirliyi (XİN) Ukraynada iddia olunan casusların həbsinə reaksiya verib.

Teleqraf xəbər verir ki, bu barədə “Newsweek” nəşri yazır.

Nazirlik Ukraynada Pekin xüsusi xidmət orqanları üçün casusluqda ittiham olunan iki Çin vətəndaşının həbsi ilə bağlı məlumatı yoxlamağa davam etdiklərini bəyan edib.

Nəşr yazır ki, ata və oğul olan həmin şəxslər Ukraynanın “Neptun” gəmi əleyhinə raket proqramı haqqında məlumatları Çin kəşfiyyatına ötürmək məqsədilə casusluqda şübhəli bilinirlər.

Öz növbəsində, Çin XİN-in nümayəndəsi Mao Ninq mətbuat konfransında bu iki şəxs ilə bağlı "Çin vətəndaşlarının qanuni hüquq və maraqları qorunmalıdır" bəyanatı ilə çıxış edib.

phrase_var_article.chosen
61
7
teleqraf.com

9phrase_var_article.sources