EN

“Araz-Naxçıvan” Türkiyə klubunu 14:0 hesabı ilə məğlub etdi

Türkiyədə təlim-məşq toplanışı çərçivəsində “Araz-Naxçıvan” bu gün ilk yoxlama oyununu keçirib.

İdmanxeber.az-ın məlumatına görə, komanda “Bayburtspor”la üz-üzə gəlib və 14:0 hesabı ilə qələbə qazanıb.

Ramon Maçadonun poker, Patrik Andrade, Ülvi İsgəndərov və Çarles Bolinin dubl etdiyi matçda digər qolları Ba-Muaka Simakala, Elçin Mustafayev, Felipe Santos, Bar Kohen vurublar.

Chosen
52
5
idmanxeber.az

10Sources