EN

“Araz-Naxçıvan”ın ÇL oyunlarının təqvimi açıqlandı

Azərbaycanı futzal üzrə UEFA Çempionlar Liqasında təmsil edəcək “Araz-Naxçıvan” komandasının oyunlarının təqvimi açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, turnirin ilkin mərhələsində iştirak edəcək Naxçıvan təmsilçisi ilk matçını Şimali İrlandiyanın “Sparta” klubuna qarşı keçirəcək. Naxçıvan təmsilçisi həmçinin Şotlandiya və Avstriya klubları ilə qarşılaşacaq.

Qeyd edək ki, bu qrupun oyunları Avstriyada keçiriləcək.

UEFA Çempionlar Liqası
İlkin mərhələ
F qrupu

Araz-Naxçıvan – Sparta Belfast (Şimali İrlandiya)
27 avqust. Linz. NMS İdman Sarayı. Saat 19:00.

PYF Saltires (Şotlandiya) – Araz-Naxçıvan
28 avqust. Linz. NMS İdman Sarayı. Saat 19:00.

Lyuti Krayişniçi (Avstriya) – Araz-Naxçıvan
30 avqust. Linz. NMS İdman Sarayı. Saat 21:30.

Chosen
28
6
arena.az

7Sources