Azərbaycanı futzal üzrə UEFA Çempionlar Liqasında təmsil edəcək “Araz-Naxçıvan”ın oyunlarının təqvimi açıqlanıb.
Msport.az xəbər verir ki, turnirin ilkin mərhələsində iştirak edəcək Naxçıvan təmsilçisi ilk matçını Şimali İrlandiyanın “Sparta” klubuna qarşı keçirəcək.
UEFA Çempionlar Liqası
İlkin mərhələ
F qrupu
27 avqust
19:00. “Araz-Naxçıvan” – “Sparta” (Şimali İrlandiya)
28 avqust
19:00. PYF (Şotlandiya) – “Araz-Naxçıvan”
30 avqust
21:30. “Ljuti” (Avstriya) – “Araz-Naxçıvan”
Qeyd edək ki, bu qrupun oyunları Avstriyanın Linz şəhərindəki NMS İdman Sarayında keçiriləcək.