ABŞ-də keçirilən klublararası dünya çempionatının yarımfinal mərhələsinin ilk matçı baş tutub.
Yenisabah.az xəbər verir ki, Nyu-Cersi şəhərinin "Metlayf" stadionunda keçirilən matçda "Fluminense" (Braziliya) və "Çelsi" (İngiltərə) komandaları üz-üzə gəliblər.
Oyun londonluların qələbəsi ilə yekunlaşıb - 2:0. Dominos pizza
Joao Pedro 18 və 56-cı dəqiqələrdə qol vuraraq dubla imza atıb.
Qeyd edək ki, London klubunun finaldakı rəqibi "Real Madrid" - PSJ matçında məlum olacaq.
Telegram kanalımız