AZ

Klublararası dünya çempionatı: İlk finalçı müəyyənləşdi

ABŞ-də keçirilən klublararası dünya çempionatının yarımfinal mərhələsinin ilk matçı keçirilib.

Bakues.az xəbər verir ki, Nyu-Cersi şəhərinin “Metlayf” stadionunda keçirilən matçda “Fluminense” (Braziliya) və “Çelsi” (İngiltərə) komandaları qarşılaşıblar.

Görüş londonluların qələbəsi ilə yekunlaşıb – 0:2.

Hər iki qolu 18 və 56-cı dəqiqələrdə Joao Pedro vurub.

Qeyd edək ki, “zadəganlar” finalda “Real Madrid” – PSJ cütünün qalibi ilə görüşəcəklər.

Seçilən
32
3
icma.az

4Mənbələr