Hüquqşünas Tural Qasımov Demokrat.az-a açıqlamasında deyib ki, aliment məsələsi günümüzdə ən çox müzakirə olunan hüquqi-sosial mövzulardan biridir:
“Sosial şəbəkələrdə zaman-zaman səsləndirilən fikirlərdən biri də budur ki, dövlət tərəfindən verilən “uşaq pulu” bəzi imkansız valideynləri aliment ödəməkdən azad edə bilər. Hüquqşünas mövqeyindən baxdıqda bu yanaşma hazırkı qanunvericiliklə mümkün deyil. Aliment valideynin qanunla müəyyən olunmuş şəxsi öhdəliyidir və birbaşa olaraq uşağın saxlanması məqsədi daşıyır.
Uşaqpulu isə dövlətin sosial yardım mexanizmidir və alimenti əvəz etmir. Alimentin ödənilməməsi yalnız məhkəmənin əsaslı qərarı ilə məsələn, valideynin gəlirinin və ya əmək qabiliyyətinin olmaması hallarında müstəsna olaraq nəzərə alına bilər.
Dövlət isə valideynin bu borcunu öz üzərinə götürmür və uşaq pulunu alimentin alternativi kimi təqdim etmir. Bu baxımdan, problemin həlli kimi aliment fondu modelinə keçid, ödənişlərin dövlət tərəfindən təmin edilməsi və sonradan borclu valideyndən geri alınması kimi mexanizmlər daha real və hüquqa uyğun yanaşmalardır”.
Leyla Turan
Demokrat.az
10Sources
-
icma.az24 yaşlı qadın sirkə turşusundan zəhərləndi ( 19125739)
-
unikal.az24 yaşlı qadın sirkə turşusundan zəhərləndi ( 19125013)
-
yeniazerbaycan.comHüseyn Cavid: milli ruhlu müəllim, yaxud millət müəllimi ( 19102681)
-
yeniazerbaycan.comHüseyn Cavid: milli ruhlu müəllim, yaxud millət müəllimi ( 19102615)
-
demokrat.azAzərbaycanda aliment fondu yaradıla bilər? Hüquqşünas RƏYİ ( 19084273)
-
demokrat.azAzərbaycanda aliment fondu yaradıla bilər? — Hüquqşünas RƏYİ ( 19084258)
-
oxumeni.az“Arsenal” Danimarka millisinin futbolçusu ilə anlaşıb ( 19079845)
-
az.trend.az“Arsenal” Danimarka millisinin futbolçusu ilə anlaşıb ( 19070239)
-
azertag.az“Arsenal” Danimarka millisinin futbolçusu ilə anlaşıb ( 19069516)
-
azertag.az“Arsenal” Danimarka millisinin futbolçusu ilə anlaşıb ( 19069423)