AZ

24 yaşlı qadın sirkə turşusundan zəhərləndi

Daşkəsəndə gənc qadın sirkə turşusundan zəhərlənib.

Bakues.az-ın məlumatına görə, hadisə şəhərin İsmət Qayıbov küçəsində baş verib.

Belə ki, rayon sakini 2001-ci il təvəllüdlü N.Musayeva  zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstəyə yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.

24 yaşlı qadının hansı səbəbdən sirkə turşusundan zəhərlənməsi məlum deyil.

Fakt araşdırılır.

Seçilən
51
2
icma.az

10Mənbələr