Bakı. Trend:
Bu ilin birinci rübündə Azərbaycandan Belçikaya fiziki şəxslərinpul köçürmələrinin həcmi 832 min ABŞ dolları təşkil edib.
Trend-inAzərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata görə, bugöstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 318 min ABŞdolları və ya 61,9% çoxdur.
Hesabat dövründə Azərbaycandan xaricə ümumi pul köçürmələrindəBelçikanın payı 0,7% təşkil edib.
2024-cü ilin birinci rübündə Azərbaycandan Belçikaya fizikişəxslərin pul köçürmələrinin həcmi 514 min ABŞ dolları təşkiledib.
Ümumilikdə, 2025-ci ilin ilk rübündə Azərbaycandan xariciölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrininhəcmi 112,674 milyon ABŞ dolları təşkil edib. Bu isə 2024-cü ilineyni dövründəki göstərici ilə müqayisədə 18,811 milyon ABŞ dollarıvə ya 14,3% azdır.
Eyni zamanda hesabat dövründə xarici ölkələrdən Azərbaycanafiziki şəxslərin pul köçürmələrinin həcmi 229,494 milyon ABŞdolları təşkil edib ki, bu da 2024-cü ilin ilk rübündəki göstəriciilə müqayisədə 64,926 milyon ABŞ dolları və ya 22,1% azdır.