EN

Unibankın İdarə Heyəti yenidən formalaşdırılıb

“Unibank” Kommersiya Bankı ASC-nin Səhmdarlarının İllik Ümumi Yığıncağının qərarına
əsasən, Bankın İdarə Heyəti yenidən formalaşdırılıb. Qəbul edilmiş qərar Bankın korporativ
idarəetmə strukturunun təkmilləşdirilməsi və gələcək inkişaf hədəflərinə uyğunlaşdırılması
məqsədini daşıyır.

Təsdiqlənmiş tərkibə əsasən, İdarə Heyəti sədrinin müavini Heybət Qədirov müvəqqəti
olaraq İdarə Heyətinin sədri vəzifəsini icra edəcək. Heybət Qədirov 2008-ci ildən Unibank
komandasının üzvüdür. Bu təyinatadək müxtəlif vəzifələrdə çalışıb.

Yeni tərkibə əsasən, İdarə Heyətinin digər üzvləri isə Baş Maliyyə İnzibatçısı Faiq Zeynalov
və Baş Risk İnzibatçısı Andrey Qrabdır.

Chosen
1
11
publika.az

10Sources