AZ

Unibankın İdarə Heyəti yenidən formalaşdırılıb

“Unibank” Kommersiya Bankı ASC-nin Səhmdarlarının İllik Ümumi Yığıncağının qərarına əsasən, Bankın İdarə Heyəti yenidən formalaşdırılıb. Qəbul edilmiş qərar Bankın korporativ idarəetmə strukturunun təkmilləşdirilməsi və gələcək inkişaf hədəflərinə uyğunlaşdırılması məqsədini daşıyır.

 

Təsdiqlənmiş tərkibə əsasən, İdarə Heyəti sədrinin müavini Heybət Qədirov müvəqqəti olaraq İdarə Heyətinin sədri vəzifəsini icra edəcək. Heybət Qədirov 2008-ci ildən Unibank komandasının üzvüdür. Bu təyinatadək müxtəlif vəzifələrdə çalışıb.

 

Yeni tərkibə əsasən, İdarə Heyətinin digər üzvləri isə Baş Maliyyə İnzibatçısı Faiq Zeynalov və Baş Risk İnzibatçısı Andrey Qrabdır. Unibank KB-nin İdarə Heyətinin sədri Fərid Abuşov öz istəyi ilə bankdan ayrılıb. Bankın səhmdarları rəhbərliyi dövründə Bankın inkişafına verdiyi töhfələrə görə, Fərid Abuşova öz
minnətdarlığını bildirir və gələcək fəaliyyətində uğurlar arzulayır.

Seçilən
3
11
sfera.az

10Mənbələr