“Unibank” Kommersiya Bankı ASC-nin səhmdarlarının illik ümumi yığıncağının qərarına əsasən, bankın İdarə Heyəti yenidən formalaşdırılıb.
Qəbul edilmiş qərar bankın korporativ idarəetmə strukturunun təkmilləşdirilməsi və gələcək inkişaf hədəflərinə uyğunlaşdırılması məqsədini daşıyır. Təsdiqlənmiş tərkibə əsasən, İdarə Heyəti sədrinin müavini Heybət Qədirov müvəqqəti olaraq İdarə Heyətinin sədri vəzifəsini icra edəcək. Heybət Qədirov 2008-ci ildən “Unibank” komandasının üzvüdür. Bu təyinatadək müxtəlif vəzifələrdə çalışıb.
Yeni tərkibə əsasən, İdarə Heyətinin digər üzvləri isə Baş maliyyə inzibatçısı Faiq Zeynalov və Baş risk inzibatçısı Andrey Qrabdır.
“Unibank” Kommersiya Bankının İdarə Heyətinin sədri Fərid Abuşov öz istəyi ilə bankdan ayrılıb. Bankın səhmdarları rəhbərliyi dövründə bankın inkişafına verdiyi töhfələrə görə, Fərid Abuşova öz minnətdarlığını bildirir və gələcək fəaliyyətində uğurlar arzulayır.