EN

İsrail parlamentinin deputatı: HƏMAS ilə atəşkəs razılaşmasının əldə edilməsi üçün yaxşı şans yaranıb

İsrailin Baş naziri Benyamin Netanyahunun təhlükəsizlik kabinetinin üzvü olan İsrail parlamentinin deputatı Zeev Elkin HƏMAS ilə atəşkəs razılaşmasının əldə edilməsi üçün əhəmiyyətli şansın olduğunu bildirib.

Bu barədə “Report” “Times of Israel”ə istinadən xəbər verir.

“HƏMAS bir neçə mərkəzi məsələni dəyişmək istəyir. Bu, asan deyil, lakin irəliləyiş var”, - Elkin İsrailin “Kan” telekanalına deyib.

Xatırladaq ki, İsrail və Fələstinin HƏMAS hərəkatı hazırda Qəzza zolağında vəziyyəti sabitləşdirmək üçün beynəlxalq səylər fonunda atəşkəslə bağlı danışıqları davam etdirir. Danışıqlar Misir və Qətərin vasitəçiliyi ilə aparılır.

Chosen
27
28
report.az

10Sources