AZ

İsrail-HƏMAS danışıqları nəticəsiz olub | VİDEO

AzVision.az xəbər verir ki, fələstinli mənbəyə istinad edən “The Times of İsrael” nəşri belə məlumat yayıb.

“Qətərdə İsrail və HƏMAS arasında atəşkəs və Qəzza zolağında girovların azad edilməsinə dair potensial razılaşmaya dair dolayı danışıqlarının beşinci raundu əhəmiyyətli irəliləyiş olmadan başa çatıb”,- xəbərdə deyilir.

Fələstinli məmur bildirib ki, danışıqlar“dalana dirənib”və İsrailin nümayəndə heyəti“dinləməklə məşğuldur”və hər məsələdə İsraildəki səlahiyyətlilərlə məsləhətləşmələr aparır. Bu isə onu göstərir ki, yəhudi dövlətinin nümayəndələrinin qərar qəbul etmək səlahiyyəti yoxdur.

Mənbə vəziyyəti İsrailin hər hansı razılığın əldə olunmasının qarşısını almaq üçün danışıqlar prosesini ləngitmək siyasətinin davamı adlandırıb.

Xatırladaq ki, iyulun 5-də İsrailin baş naziri Binyamin Netanyahu Qəzzada saxlanılan girovların azad olunması ilə bağlı sazişin şərtlərini və danışıqlar üçün Dohaya ölkə nümayəndə heyətinin göndərilməsi imkanlarını müzakirə etmək üçün təhlükəsizlik kabinetinin iclasını çağırıb.

- Fələstinin HƏMAS radikal hərəkatı Qətər və ABŞ-nin təzyiqləri səbəbindən tələblərini yumşaldıb”,- İsrail rəsmiləri bildiriblər.

Daha əvəvl isə, iyulun 2-də ABŞ prezidenti Donald Tramp İsrailin Qəzzada 60 günlük atəşkəs şərtləri ilə razılaşdığını açıqlamışdı. Onun sözlərinə görə, Ağ Ev rəsmiləri məsələ ilə bağlı İsraillə“uzunsürən və məhsuldar”görüş keçiriblər.


Sahil İsgəndərov
AzVision.az

Seçilən
53
28
azvision.az

10Mənbələr