AZ

Qəzzada İsrail ordusunun daha 5 hərbçisi öldürülüb

Qəzza zolağının şimalındakı Beyt Hanunda yol kənarına yerləşdirilən bombanın partlaması nəticəsində beş İsrail əsgəri həlak olub, 14-ü isə yaralanıb.

Missiya.Az “The Times of Israel”ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (İDF) məlumat yayıb.

Bildirilib ki, öldürülən hərbçilər Meir Şimon Amar, Moşe Nissim Freç, Noam Aharon Musqadian, Moşe Şmuel Noll və Benyamin Asulindir.

Qeyd olunub ki, 7 oktaybr 2023-cü ildən indiyədək Qəzzada öldürülən İsrail hərbçilərinin sayı 449 nəfərə çatıb.

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
90
28
missiya.az

10Mənbələr