EN

Bakıda qadını öldürüb gölün sahilinə atdılar

Bakıda 36 yaşlı qadın qətlə yetirilib.

Publika.az xəbər verir ki, hadisə iyunun 30-da Qaradağ rayonu Lökbatan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1989-cu il təvəllüdlü Sevinc Hüseynovanın gecə saatlarında xüsusi amansızlıqla qətlə yetirilmiş meyiti gölün sahilində tapılıb.

Keçirilən tədbirlərlə qadının həyat yoldaşı 1989-cu il təvəllüdlü Rəşad Tağıyev şübhəli şəxs qismində saxlanılıb.

O, ilkin ifadəsində hadisəni qısqanclıq zəminində törətdiyini bildirib.

Chosen
8
21
publika.az

10Sources