AZ

19 bıçaq zərbəsi ilə öldürülən Günelin FOTOSU

Qobustan rayonunun Təklə kəndində törədilən qətlin yeni təfərrüatı məlum olub.

Yenisabah.az "Teleqraf"a istinadla xəbər verir ki, qətlə yetirilən qadının həyat yoldaşı Tayfun Ağabəylinin sözlərinə görə, onların ailəsində ciddi problem olmayıb:

"Biz bir-birimizi sevərək ailə qurmuşduq. Aramızda heç bir söz-söhbət, narazılıq olmayıb. Amma son 15-20 gündə atamın psixoloji durumu yaxşı deyildi. Hər kəsə sataşırdı, əsəbi və gərgin davranırdı. Bunu hiss edirdik, amma belə bir şey edəcəyinə inanmazdım. Şokdayam. Mənim həyat yoldaşımı - heç bir günahı olmayan bir insanın bu şəkildə qətlə yetirəcəyini düşünməzdim...". Pepperoni pizza

Günel Ağabəylinin atası Rasim Qəhrəmanov isə deyib ki, cütlük uzun illər sevgi münasibəti yaşayıb və iki il əvvəl ailə qurublar. Ailələr arasında da heç bir narazılıq olmayıb:

"Hadisədən bir neçə saat əvvəl qızım və kürəkənim bizdə idilər. Oturduq, birlikdə yemək yedik. Heç bir narahatlıq yox idi. Onları özüm yola saldım. Bir saatdan sonra isə belə dəhşətli xəbər gəldi. Qızıma 18-19 bıçaq zərbəsi vurublar. Qızımın heç bir günahı yox idi. Bəzi saytlar yazır ki, hadisə qısqanclıq zəminində olub - bu, tamamilə yalandır. Onlar bir yerdə musiqi məktəbində müəllim işləyirdilər, bir-birilərini sevirdilər. Sadəcə son vaxtlar kürəkənimin atasında psixoloji problemlər vardı".


Telegram kanalımız
Seçilən
15
50
yenisabah.az

10Mənbələr