“Zirə”nin Konfrans Liqasının II təsnifat mərhələsindəki “Hayduk”un futbolçusu İvan Rakitiç karyerasını bitirib.
Futbolpress.az xəbər verir ki, bu barədə xorvatiyalı yarımmüdafiəçi özü açıqlama verib.
37 yaşlı futbolçu 2018-ci ildə Xorvatiya millisi ilə dünya çempionatının gümüş medallarını qazanıb. Rakitiç “Hayduk”dan öncə “Barselona”, “Sevilya” kimi klublarda forma geyinib.
“Zirə” “Hayduk”la ilk oyunu iyulun 23-də Bakıda keçirəcək. Cavab görüşü iyulun 31-də Splitdə olacaq.