AZ

İvan Rakitiç karyerasını başa vurdu

Xorvatiya millisinin və “Barselona”nın sabiq yarımmüdafiəçisi İvan Rakitiç peşəkar futbolçu karyerasını başa vurduğunu rəsmən açıqlayıb.

90deqiqe.Az-ın məlumatına görə, 37 yaşlı futbolçu bu barədə qərarını şəxsi sosial media hesablarında paylaşıb.

Rakitiçin son klubu Xorvatiyanın “Hayduk” komandası olub. O, Split təmsilçisinin heyətində bütün turnirlərdə 39 matça çıxaraq 2 qol vurub, 15 məhsuldar ötürmə edib.

Təcrübəli yarımmüdafiəçi karyerası ərzində “Bazel”, “Şalke 04”, “Sevilya”, “Barselona” və Səudiyyə Ərəbistanının “Əl-Şabab” klublarında forma geyinib. O, Xorvatiya yığmasının heyətində 106 oyunda meydana çıxıb və 15 qola imza atıb.

Rakitiç İspaniya La Liqasının bir neçə dəfə çempionu olub, həmçinin UEFA Çempionlar Liqası, Avropa Liqası və UEFA Superkubokunu da qazananlar sırasındadır.

Seçilən
17
4
90deqiqe.az

10Mənbələr