EN

Teo Ernandesin transferi tamamlanmaq üzrədir

ain.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Milan" və "Əl-Hilal" klubları Teo Hernandesin transferi ilə bağlı tam razılığa gəliblər.

QOL.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

O bildirib ki, hazırda proses müqavilə imzalanma mərhələsindədir. “Milan” fransalı müdafiəçi üçün 25 milyon avro alacaq və Teo yaxın bir neçə gün ərzində müqavilə imzalayacaq.

Qeyd edək ki, Teo Hernandes başa çatan mövsümdə "Milan"ın heyətində 49 oyuna çıxaraq 5 qol vurub və 6 qolun ötürməsini edib. Onun klubla olan hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir. 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
9
13
qol.az

10Sources