AZ

"Milan"dan "Əl-Hilal"a

Fransalı müdafiəçi Teo Hernandesin “Milan”dan Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna keçidi rəsmiləşmək üzrədir.

90deqiqe.Az-ın məlumatına görə, tərəflər artıq bütün detallarda razılığa gəlib və transfer sənədləri imzalanma mərhələsindədir. “Milan” bu keçiddən 25 milyon avro gəlir əldə edəcək. Futbolçunun yaxın günlərdə “Əl-Hilal” ilə müqaviləyə imza atması gözlənilir.

Geridə qalan mövsümdə 26 yaşlı sol cinah müdafiəçisi “Milan”ın heyətində bütün turnirlər daxil olmaqla 49 oyunda iştirak edib, 5 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla olan mövcud müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədə idi. “Transfermarkt” portalı Ernandesin bazar dəyərini 40 milyon avro olaraq qiymətləndirir.

Seçilən
3
19
90deqiqe.az

10Mənbələr