"Milan"ın müdafiəçisi Teo Hernandes Səudiyyə Ərəbistanı klublarından birinə keçmək istəyir.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, futbolçu “Əl-Hilal”la danışıqlara başlamağa hazırdır.
Xatırladaq ki, Səudiyyə klubu daha əvvəl futbolçu ilə transfer şərtləri ilə bağlı razılığa gəlmişdi, lakin 27 yaşlı futbolçu Yaxın Şərqə köçməkdən imtina edib.