EN

Lavrov: Rusiya Avropa ölkələrinə hücum etməyi planlaşdırmır

BAKI, 7 iyul. TELEQRAF

Rusiya Avropa ölkələrinə hücum etməyi və ya onları işğal etməyi planlaşdırmır.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Macarıstanın "Magyar Nemzet" qəzetinə müsahibəsində bildirib.

“Belə ittihamlar həqiqətən də səslənir, biz bunları eşidirik. Ola bilər ki, bu fikirləri irəli sürənlər Rusiyanın planları barədə bizdən daha çox məlumatlıdırlar. Heç olmasa biz Avropaya hücum və ya onu işğal etməklə bağlı heç bir planımızın olduğunu bilmirik”, –Lavrov vurğulayıb.

Chosen
16
50
teleqraf.com

10Sources