AZ

Lavrov: Dollara inam sarsılır

“ABŞ hökumətinin borcu nəzarətdən çıxıb və dollara inam zəifləyib”.

Bakues.az “Bloomberg”ə istinadən xəbər verir ki, bunu BRİKS sammitində qlobal maliyyə sistemini tənqid edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Onun sözlərinə görə, dollardan cəza üçün silah kimi istifadə edilməsi Amerika valyutasına inamı sarsıdıb:

“2011-ci ildən bəri yüksək borcu olan ölkələrin sayı 22-dən 59-a yüksəlib. ABŞ-də dövlət borcu 37 trilyon dollara çatıb, vəziyyət nəzarətdən çıxıb. COVID-19 pandemiyası böhranı daha da pisləşdirib, sanksiyalar isə qlobal iqtisadiyyatın parçalanmasını sürətləndirib. İnkişaf etməkdə olan ölkələr indi inkişafa sərmayədən daha çox borc xidmətinə pul xərcləyirlər”.

Seçilən
5
40
icma.az

10Mənbələr