AZ

Rusiya Avropanı işğal edəcək: Lavrov əmin etdi ki...

Rusiya Avropa ölkələrinə “hücum”, “işğal etməyi” planlaşdırmır.

Publika.az xəbər verir ki, bunu Macarıstanın "Magyar Nemzet" qəzetinə müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

"Belə ittihamlar var. Biz onları eşidirik. Ola bilsin ki, onlara Rusiyanın planları haqqında bizdən daha çox məlumat verirlər. Ən azı bizim "Avropaya hücum planlarımız" haqqında heç nə bilmirik, “işağl” haqqında isə ümumiyyətlə heç nə bilmirik"", - deyə nazir bir sıra Qərb kəşfiyyat orqanlarının Rusiya prezidenti Vladimir Putinin Avropanı zəbt etmək və orada Rusiya təsirini genişləndirmək niyyətində olması barədə xəbərləri şərh edərkən bildirib.

Lavrovun sözlərinə görə, Rusiyadan gələn ehtimal olunan təhlükə ilə bağlı tezis Qərbdə ictimai şüura daxil edilir. "Ciddi desək, Avropa və Şimali Amerika ölkələrinin hakim dairələrinin sosial və iqtisadi problemlərdən təngə gələn əhalini birləşdirmək üçün var gücü ilə Rusiyadan düşmən obrazı yaratdıqlarına inanan ekspertlər və analitiklər, yəqin ki, həqiqətdən uzaq deyillər. Onlar informasiya məkanında manipulyasiyaların köməyi ilə daim ölkəmizi iblisləşdirirlər. Rusiya rəhbərliyinin bütün impulsları ilə bağlı tezisləri ictimaiyyətə təqdim edirlər", - Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri bildirib.

Nazir vurğulayıb ki, mifik Rusiya təhlükəsini şişirtməklə, Qərb liderləri inflyasiya, işsizliyin artması, vətəndaşların real gəlirlərinin azalması, qeyri-qanuni miqrasiya və bununla bağlı tüğyan edən cinayətkarlıq kimi real problemlərin həllində uğursuzluqlarından diqqəti yayındırmağa çalışırlar.

Seçilən
7
50
publika.az

10Mənbələr