EN

Ərəblər Messidən əl çəkmir

Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubu argentinalı hücumçu Lionel Messini heyətinə qatmağı planlaşdırır.

Publika.az xəbər verir ki, bu barədə "L’Équipe" məlumat yayıb.

Mənbənin sözlərinə görə, klub Messinin "İnter Mayami" ilə olan müqaviləsinin başa çatmasından sonra onunla anlaşmaq istəyir. Hazırkı müqavilə 2025-ci il dekabrın 31-nə qədər qüvvədədir.

"Əl-Əhli" rəhbərliyi artıq bir neçə həftədir ki, argentinalı ulduzu bu transferə razı salmağa çalışır. Maliyyə detalları açıqlanmasa da, 2034-cü il dünya çempionatına ev sahibliyi edəcək ölkə Messini cəlb etmək üçün bütün imkanlarını səfərbər etməyə hazırdır.

Chosen
7
28
publika.az

10Sources