EN

İndoneziyada vulkan xəbərdarlığı - Qadağa zonası genişləndirilib

BAKI, TurkicWorld

İndoneziyada Levotobi Laki-Laki vulkanı yenidən püskürərək 18 kilometr hündürlüyə kül saçıb.

TurkicWorld xəbər verir ki, İndoneziyanın Şərqi Nusa Tengqara əyalətində yerləşən Levotobi Laki-Laki vulkanı yerli vaxtla saat 01:05-də yenidən püskürüb.

Püskürmə nəticəsində havaya qalxan kül təbəqəsi 18 kilometr hündürlüyə çatıb. İsti qaz buludları vulkanın yamaclarına doğru hərəkət edib, kül əsasən yaxınlıqdakı kəndlərə yayılıb.

Hazırda tələfat barədə məlumat verilməyib. Rəsmilər vulkan ətrafında təhlükəsizlik zonasını 7 kilometrədək genişləndiriblər və xəbərdarlıq səviyyəsi maksimuma qaldırılıb.

Qeyd edək ki, Levotobi Laki-Laki vulkanı 1584 metr hündürlüyündədir və bölgədəki Lewotobi Perempuan vulkanı ilə birlikdə “əkiz vulkan” kimi tanınır. İndoneziya Sakit Okean “od halqası” adlanan zəlzələ və vulkan qurşağında yerləşir və ölkədə 130-a yaxın aktiv vulkan mövcuddur. 2024-cü ilin noyabrında baş vermiş püskürmə nəticəsində 9 nəfər həyatını itirmişdi.

Chosen
1
11
turkic.world

10Sources