AZ

İndoneziyada Levotobi vulkanı püskürüb - VİDEO

İndoneziyada Flores adasının cənub-şərq hissəsində yerləşən Levotobi vulkanının güclü püskürməsi baş verib.

Qaziler.az xəbər verir ki, bu barədə iyulun 7-də "CNN Indonesia" telekanalı meteoroloji müşahidə məntəqəsinin məlumatlarına istinadən məlumat yayıb.

Rəsmi açıqlamaya görə, vulkan zirvədən təxminən 18 km yüksəkliyə qalın boz-qara kül sütununu atıb.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, hazırda ən yüksək təhlükə səviyyəsində olan Levotobi vulkanının yamaclarında qum və xırda daş şəklində yağıntılar qeydə alınıb. Kül yağışı bir neçə kəndə və hətta qonşu Sikka rayonunun Maumere şəhərinə də çatıb.

Tələfat və dağıntılar barədə rəsmi məlumat yoxdur. Təbii Fəlakətin Qarşısının Alınması və İdarə Edilməsi Agentliyi (BPBD) hələ ki, mümkün itkilər barədə məlumat verməyib.

QAZİLER.AZ

 

Seçilən
1
5
qaziler.az

10Mənbələr