AZ

SON DƏQİQƏ! İndoneziyada dəhşətli vulkan püskürməsi – ANBAAN VİDEO

İndoneziyanın Flores adasında Levatobi vulkanı püskürüb.

Bizim.Media xəbər verir ki, Yaponiya Meteorologiya Xidmətinin məlumatına görə, Levatobi vulkanı yerli vaxtla saat 12:10-da (Bakı vaxtı ilə 07:10-da) püskürməyə başlayıb.

Vulkan küllərinin dəniz səviyyəsindən təxminən 19,5 km məsafəyə qədər yüksəldiyi bildirilib.  
 

Hadisədən sonra bölgədə ən yüksək təhlükə səviyyəsi elan olunub. Həm yerli sakinlərə, həm də turistlərə kraterə 6 kilometrdən yaxın məsafəyə getmək qadağan edilib.


Qeyd edək ki, Levatobi — iki zirvədən ibarət vulkandır. Onun daha fəal hissəsi olan Levatobi Laki-laki 1584 metr hündürlüyə malikdir.


Bizim.Media

Seçilən
0
11
bizim.media

10Mənbələr