EN

İndoneziyada vulkan püskürdü: Kül kəndlərə yayıldı

Azxeber.com saytından verilən məlumata görə, ain.az xəbər verir.

İndoneziyanın Şərqi Nusa Tengqara əyalətindəki Levotobi Laki-Laki vulkanında püskürmə baş verib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İndoneziya Vulkanologiya və Geoloji Fəlakətlərin Azaldılması Mərkəzinin məlumatına görə, əyalətin Şərqi Flores bölgəsindəki vulkanda ilki iyunun 18-də baş verən püskürmələr davam edir.

Yerli vaxtla saat 01:05-də Levotobi Laki-Laki vulkanında baş verən sonuncu püskürmə külü 18 kilometr hündürlükdə havaya göndərib.

Püskürmə zamanı əmələ gələn yandırıcı isti qaz buludları vulkanın yamaclarına doğru istiqamət alıb.

Kül əsasən vulkanın ətrafındakı kəndlərə yayılıb.

Gülay

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
1
7
azxeber.com

10Sources