EN

Tramp: Elon Maskın üçüncü partiya yaratmaq fikri "can sıxıcıdır"

Tramp:

ABŞ Prezidenti Donald Tramp, milyarder iş adamı Elon Maskın üçüncü bir siyasi partiya qurma səylərindən məmnun olmadığını bildirib və bu fikri "can sıxıcı" adlandırıb.

Xalqcebhesi.az xəbər verir ki, Tramp jurnalistlərə verdiyi açıqlamada, Maskın bu təşəbbüsünü "mənasız" hesab etdiyini deyərək, onun bu istiqamətdəki fəaliyyətini tənqid edib. Təyyarəyə minməzdən əvvəl jurnalistlərin suallarını cavablandıran Tramp, “Düşünürəm ki, üçüncü bir partiya yaratmaq fikri can sıxıcıdır” ifadəsini işlədib.

O, Respublikaçılar Partiyasının uğurunu vurğulayaraq, üçüncü bir partiyanın "qarışıqlığa səbəb ola biləcəyini" bildirib.

Məryəm Quliyeva

Chosen
8
27
xalqcebhesi.az

10Sources