AZ

Dünyanın ən bahalı avtomobil markası açıqlandı


Rəsmi hesablamalara görə, “Tesla” şirkətinin dəyəri 2025-ci ildə 1 trilyon 185 milyon dollara çatıb.
Yeniavaz.com
xəbər verir ki, bununla da Amerikalı avtomobil istehsalçısı dünyanın ən bahalı avtomobil markası olub.
Həmçinin, şirkətin dəyəri dünyanın ən böyük avtomobil markaları olan “Volkswagen” (VW) (56,3 milyard dollar), “Mercedes-Benz” (55,1 milyard dollar) və “Ferrari”nin (86,4 milyard dollar) dəyərinin cəmindən təqribən 10 dəfə çox olub.
“Tesla” bu başgicəlləndirici rəqəmə elektrik avtomobillərinə, proqram təminatlarına və yeni akkumulyator texnologiyalarına üstünlük verdiyi üçün nail olub.
Digər tərəfdən, Amerikalı iş adamı İlon Maskın rəhbərlik etdiyi Amerika şirkətinin uğuru demək olar ki, bütün böyük qlobal avtomobil markalarını elektriklə işləyən avtomobillərə keçmək üçün öz strategiyalarına yenidən baxmağa məcbur edib.  
Şirkət Çinin BYD və “Xiaomi” markalarının ciddi rəqabəti ilə üzləşsə də, onlar hələ də dünyanın ən dəyərli avtomobil istehsalçısı titulundan çox uzaqdırlar.
Dünyanın ən bahalı avtomobil markalarının ilk beşliyini təqdim edirik:
1. “Tesla” - 1 trilyon 185 milyard dollar;
2. “Toyota” - 237 milyard 300 milyon dollar;
3. “Xiaomi” - 168 milyard dollar;
4. BYD - 164 milyard dollar;
5. “Ferrari” - 86 milyard 400 milyon dollar.
Seçilən
22
28
yeniavaz.com

10Mənbələr